Baş mexanik - ATS Food

Location: Bakı

İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi:  Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək;  İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək;  Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək;  Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək;  Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək;  Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək;  Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək;  Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq;  Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq;  İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək.  Namizədə tələblər Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə);  İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi;  Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər;  Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə;  Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı;  Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;  Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları;  Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı. İş qrafiki: 5 günlük iş qrafiki İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur. Üstünlüklərimiz:  Nahar Servis Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.