Yüklənir...
Location: Bakı
Salary: 1000-1300
Vəzifə funksiyaları: Rəhbərliyin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək Rəhbərlik adından daxil olan yazışmaları (e-mail, zəng və s.) idarə etmək, cavab layihələri hazırlamaq və icra nəzarətini təmin etmək Ezamiyyətlərin və işgüzar görüşlərin təşkili (bilet, otel, logistika və s.) Hesabatlar, təqdimatlar, briflər və görüş protokolları hazırlamaq Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını izləmək və status üzrə mütəmadi məlumat təqdim etmək İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq İdarə Heyətinə aid sənədlərin məxfiliyini qorumaq və sistemli arxivləşdirilməsini təmin etmək Rəhbərlik ilə struktur bölmələr və xarici tərəfdaşlar arasında koordinasiyanı təmin etmək Bitrix sistemi üzərindən tapşırıqların icra vəziyyətini izləmək və gecikmələr üzrə nəzarət aparmaq Struktur bölmələr tərəfindən təqdim olunan aylıq hesabatların vaxtında təqdim edilməsini izləmək və konsolidə məlumatı rəhbərliyə təqdim etmək İnzibati proseslərə dəstək vermək (xərc hesabatları, satınalma sorğuları və s.) Vəzifəyə olan tələblər: Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə üstünlükdür) Müvafiq sahədə minimum 2–4 il iş təcrübəsi Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı Analitik düşünmə və təşkilatçılıq bacarıqları Güclü yazılı və şifahi kommunikasiya Məxfilik, dəqiqlik və məsuliyyətlilik İş Şəraiti: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin olunur Əmək Haqqı: 1000 -1300 AZN NET İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Jooble.az - Direktor köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.