Yüklənir...
Location: Bakı
Vəzifə funksiyaları: Dəmir-beton qəlib və armatur mərhələsində elektrik kanalları, rozet qutuları, torpaqlama keçiriciləri və baş paylayıcı lövhə (pano) birləşmə rezervasiyalarının layihəyə uyğunluğunu nəzarət etmək. Torpaqlama və ildırımdan mühafizə sistemlərinin (IEC 62305) layihə və tətbiq nəzarətlərini aparmaq. Müvəqqəti şantiyə elektrik qurğusunun təhlükəsiz və səmərəli işləməsini təmin etmək. Elektrik layihələrini (işıqlandırma, rozetka, qüvvə, zəif cərəyan, yanğın aşkarlama, BMS) memarlıq, mexaniki və statik layihələrlə koordinasiyalı şəkildə yoxlamaq, çatışmazlıqları aşkarlamaq və düzəliş (reviziya) tapşırıqları hazırlamaq. Podratçı və alt-podratçıların gördüyü işlərin layihə, şərtnamə və standartlara uyğunluğunu nəzarət etmək. Material təsdiq proseslərini (Material Submittal) idarə etmək və texniki qiymətləndirmələri aparmaq. Elektrik və zəif cərəyan sistemləri üçün əhatəli tender (müqavilə müsabiqəsi) texniki şərtnamələrini hazırlamaq və yeniləmək. Gələn təklifləri texniki cəhətdən qiymətləndirmək, müqayisə etmək və podratçı seçim prosesinə töhfə vermək. Müqavilənin texniki əlavələrini hazırlamaq. Sınaq və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək. As-Built sənədlərinin, istismar və texniki xidmət (O&M) kitabçalarının yoxlanılmasını aparmaq. Qəbul aktlarının hazırlanmasına töhfə vermək. Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi. Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir. Tender sənədlərinin hazırlanması və texniki şərtnamə yazma təcrübəsi. Tələblər: Təhsil: Ali (Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr / magistr) Alçaq və orta gərginlik şəbəkələri, transformator (yarımstansiya) mərkəzləri, ehtiyat enerji sistemləri (generator, UPS). Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi. Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir. IEC, IEEE, NFPA — beynəlxalq elektrik və yanğın standartları IEC 62305 — ildırımdan mühafizə, AZS və yerli normativlər (SNiP) AutoCAD: mütləq, (MS Project / Primavera P6. Navisworks (BIM) və Power BI) bilikləri üstünlükdür. İş Şəraiti: İş qrafiki: 6 gün Nahar şirkət tərəfindən təmin olunur Əmək Haqqı: Əmək bazarına uyğun rəqabətli əmək haqqı Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.