Müştəri Əlaqələri üzrə Mütəxəssis - AVAZ Eşitmə və Nitq Mərkəzi

Location: Bakı

Salary: 500+

AVAZ Eşitmə və Nitq Mərkəzi müştərilərlə effektiv ünsiyyət qurmaq, sosial media və telefon üzərindən müraciətləri idarə etmək və satışa çevirmək üçün Telesatış və Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarır. Bu vəzifənin əsas məqsədi – müraciət edən şəxslərlə düzgün ünsiyyət quraraq onları müayinəyə və xidmətlərə yönləndirmək, həmçinin müştəri məmnuniyyətini təmin etməkdir. Vəzifə öhdəlikləri Sosial media (Instagram, WhatsApp və s.) və telefon vasitəsilə daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq Müştərilərlə əlaqə saxlayaraq onların ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər təklif etmək Xidmətlər barədə məlumat vermək və müştəriləri müayinəyə yönləndirmək Mesajlaşma və zəng vasitəsilə müştərilərin qeydiyyatını aparmaq, görüşləri planlaşdırmaq Qeydiyyat cədvəli ilə işləmək və müştəri məlumatlarını sistemə daxil etmək Müştərilərlə follow-up (təkrar əlaqə) aparmaq və müraciətlərin nəticəyə çevrilməsini təmin etmək Xidmət almış müştərilərlə əlaqə saxlayaraq məmnunluq səviyyəsini öyrənmək və zəruri hallarda xatırlatmalar etmək Müştəri məmnuniyyətinin artırılmasına dəstək olmaq Vasitəçisi olduğu satış nəticələri üzrə hesabatlar hazırlamaq Namizədə dair tələblər Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür Telefon və yazılı ünsiyyət bacarıqları Sosial media platformaları ilə işləmə bacarığı Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür) Məsuliyyətli, diqqətli və nəticə yönümlü (satışa fokuslu) olmaq Üstünlük veriləcək Satış və ya telesatış təcrübəsi Müştəri xidmətləri sahəsində iş təcrübəsi Tibbi sahədə və ya klinika mühitində təcrübə İş şərtləri Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri İş yeri: Bakı şəhəri İş qrafiki: Həftədə 5 iş günü (bazar ertəsi – cümə) İş saatları: 10:00 – 17:00 Ofisə gəlmə şərti: Həftədə 5 gün (gələcəkdə hybrid iş rejimi tətbiq edilə bilər) Şənbə və bazar günləri, bayram günləri, eləcə də iş saatları xaricində daxil olan zəng və mesajların vaxtında cavablandırılması tələb olunur. Əmək haqqı: 500 AZN net (+ bonus) Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.