Tibb İşçisi - AVAZ Eşitmə və Nitq Mərkəzi

Location: Bakı

AVAZ Eşitmə və Nitq Mərkəzi (Bakı şəhəri) Audioloq və eşitmə cihazları üzrə mütəxəssis vəzifəsi üzrə namizəd axtarır! Namizəd xidmət keyfiyyətinin artırılmasına töhfə verməli, müraciət edən şəxslərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır. Vəzifə öhdəlikləri Müraciət edən şəxslərin qəbulu və müayinələrinin aparılması Müayinə nəticələrinə əsasən eşitmə cihazının təyin edilməsi Eşitmə cihazlarının istifadəsi ilə bağlı müraciət edən şəxslərin məlumatlandırılması Eşitmə cihazlarının tənzimlənməsi İş prosesi ilə bağlı məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi Avadanlıqların düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət Namizədə dair tələblər Ali və ya orta-ixtisas səviyyəli tibb təhsili Rus və ya ingilis dillərində orta səviyyədə biliklər (üstünlükdür) MS Office proqramları ilə işləmək bacarığı Peşə etikası, güclü ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma Yaş həddi: 22–50 yaş İş şərtləri Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri İş rejimi: Tam iş günü Həftəlik istirahət günü: 1 gün Əməkhaqqı: 700 AZN (+ mükafat) Maraqlanan namizədlər CV-lərini  Müraciət et  düyməsində qeyd olunan formu dolduraraq, mövzu hissəsində “Audioloq” qeyd etməklə göndərə bilərlər.