Mülki İnşaat Mühəndisi (Civil Engineer) - Avensol MMC

Location: Bakı

Avensol MMC  təcrübəli “ Mülki İnşaat Mühəndisi ” vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifələr: Yarımstansiya və digər tikinti layihələri üzrə mülki işlərin layihələndirilməsi,  cizgilərin hazırlanması  və texniki həllərin işlənib hazırlanmasını təmin etmək; Layihə və shop drawing-ləri müstəqil şəkildə hazırlamaq, texniki detalları düzgün işləmək və sahədə tətbiqinə nəzarət etmək; Görülən işlərin layihə tələblərinə, texniki spesifikasiyalara, normativ sənədlərə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək; Sahədə podratçılar, mühəndislik qrupları və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək; İşlərin icra qrafikinə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək; Texniki hesabatların, icra sənədlərinin və tələb olunan digər sənədlərin hazırlanmasında iştirak etmək; Sahədə yaranan texniki məsələlərin operativ həllinə dəstək vermək. Namizədə tələblər: Mülki inşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; Mülki tikinti sahəsində minimum  5 il  iş təcrübəsi; Yarımstansiya, enerji, sənaye və ya iri həcmli tikinti layihələrində təcrübə üstünlükdür; AutoCAD proqramı və texniki layihə sənədləri ilə müstəqil işləmək bacarığı; Layihə cizgilərini, shop drawing və texniki sənədləri hazırlamaq, işləmək və inkişaf etdirmək bacarığı; Tikinti prosesləri, sahə işlərinin təşkili, keyfiyyətə nəzarət və texniki koordinasiya üzrə biliklər; Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı; İngilis dili biliyi mütləqdir. Əmək haqqı təcrübəyə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına  "Civil Engineer"  başlığı ilə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.