Yüklənir...
Location: Bakı
Vəzifələri: Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək; Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq; Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək; Qaynaq əməliyyatları: Texniki spesifikasiyalara əsasən, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, keçmə xətlərində, ayrı birləşmələrdə və dirsəklərdə şaquli “yuxarı” və “aşağı” qövs qaynaq əməliyyatlarını həyata keçirmək. Qaynaq işlərinin idarə edilməsi: Qaynağın gedişinə və onun düzgün həyata keçirilməsinə nəzarət etmək, hər gedişdən sonra şovu təmizləmək. Xətaların aradan qaldırılması: Qüsurlar zamanı təmir işlərini aparmaq, lazım gələrsə, polad quruluşlu elementləri qaynaq etmək. Borularda qaynaq: Borularda minimum qaz axınının davam etdiyi halda qaynaq işlərini həyata keçirmək bacarığına sahib olmaq. Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması; Tələblər Yaş: 25-55 yaş Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə) arzuolunandır. İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .