Location: Bakı
Təsvir Sənədlərin yerli qanunvericiliyin tələbləri əsasında toplanması, təhlili; Yerli dövlət orqanına qeydiyyat müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi; Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi; Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi; Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi. Tələblər Təhsil Ali - Tibb sahəsi üzrə; Dil bilikləri: Rus və İngilis dili (orta səviyyədə); Bu sahə üzrə minimum 1 il iş təcrübəsi; MS Office proqramları; Yazılı və şifahi ünsiyyət bacarıqları; Analitik qabiliyyət və problem həll etmə bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.