Daxili nəzarət üzrə mütəxəssis - Avrora

Location: Bakı

Əsas vəzifə öhdəlikləri: Daxili nəzarət və inventarizasiya üzrə dövrü və illik hesabatların hazırlanması və təhlili; Struktur bölmələrdən daxil olan məlumatların qiymətləndirilməsi, araşdırılması və icmal hesabatların hazırlanması; Epizodik yoxlamalar, araşdırmalar və qəfil monitorinqlərin təşkili; Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi; Şirkət balansında olan əmlakların inventarizasiyası və müvafiq yoxlamaların aparılması; Neqativ halların və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması; Şirkət daxilində müxtəlif struktur bölmələrlə koordinasiyalı işin təşkili. Tələb olunan bilik və bacarıqlar: Analitik düşünmə və problem həll etmə bacarığı Güclü hesabatlılıq və sənədləşmə bacarığı MS Office proqramları ilə işləmə bacarığı Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı Effektiv ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək bacarığı; Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə) Minimum 2–3 il daxili audit, nəzarət və ya inventarizasiya sahəsində iş təcrübəsi İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:00-17:00; İş yeri: Avrora Sənaye Parkı (Hökməli) Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.