Planlama mütəxəssisi - Avrora

Location: Bakı

Əsas vəzifə öhdəlikləri: Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq; Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək; Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək; Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək rəhbərə bildirmək; İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək; Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq; İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərmək; Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərə təqdim etmək. Tələb olunan bilik və bacarıqlar: Yüksək səviyyədə Excel bilikləri; Analitik düşünmə bacarığı; Kommunikasiya bacarığı; Komanda ilə işləmək bacarığı; Tələb olunan təhsil, iş təcrübəsi: Təhsil: Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə); Sahə üzrə minimum 1 illik təcrübəyə sahib olmalı (İstehsal planlama təcrübəsi mütləqdir) İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Nahar təminatı. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Planlama mütəxəssisi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.