Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Layihə üzrə bütün texniki sənədləri, planları, məktubları, icazələri və aktları qəbul etmək, qeydiyyatını aparmaq, arxivləmək; Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin etmək; Çertyoj və sənəd versiyalarını nəzarətdə saxlamaq, düzgün fayl və tarixlərlə qeyd etmək; Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə yönləndirmək; Sənədlərin təsdiq mərhələlərini izləmək və gecikmə hallarında əlaqədar tərəfləri məlumatlandırmaq; Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə etmək; Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarını hazırlamaq; Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasını təmin etmək; Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımını təmin etmək. Tələb olunan bilik və bacarıqlar: Azərbaycan dilində rəsmi yazışma qaydalarını bilmək; MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı; Elektron sənəd dövriyyə sistemləri ilə işləmə bacarığı; Arxivləşdirmə və sənədlərin saxlanma qaydalarını bilmək; Tikinti üzrə keyfiyyət sənədləri ilə bağlı məlumatlılıq; Analitik düşüncə və qeydiyyat bacarığı; Tələb olunan təhsil, iş təcrübəsi: Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi; Təhsil: Ali təhsil. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C. Biz nə təklif edirik? Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Sənəd üzrə nəzarətçi ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.