İT Biznes Analitik - AYES

Location: Bakı

Vəzifə öhdəlikləri Software layihələri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması) Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması Tələblərin prioritetləşdirilməsi, "tapşırıqlar hovuzu"nun formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması Əsas tələblər Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi Task management alətləri ilə iş təcrübəsi AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür) Orta səviyyə UI/UX bilikləri Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı Operativ qərarvermə bacarığı və punktuallıq Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə), Rus dili (arzuolunandır) Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları İş şərtləri İş qrafiki: B.e.–Cümə, 09:00–17:00 Əmək müqaviləsi: Rəsmi Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək Biz nə təklif edirik? İT Biznes Analitik üçün mentorluq və inkişaf planı Real layihələr üzərində işləmək imkanı Mehriban və peşəkar komanda Karyera inkişaf perspektivi (Junior → Middle → Senior) Maraqlanan namizədlər "Müraciət et" düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.