Yüklənir...
Location: Bakı
İşin təsnifatı: Texniki və sənədlər toplusunun hazırlanması; Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət; Layihə sənədlərinin hazırlanması; Tikinti sahəsinin vəziyyətinin yoxlanılması; İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi; Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi; AutoCad ilə çizgilərin hazırlanması; Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması; Layihə hesabatlılığının hazırlanması; BOQ hazırlanması; Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi; Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət; Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək; HVAC istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır; Qaz sobalarına, qazanlara, kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir; Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək. Tələblər: Ali təhsil (Mexanika sahəsi üzrə); Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; İnnovativ standartlara uyğun işləməyi bacarmalı; MS Office (Word, Excel), AutoCad, proqramlarını yüksək səviyyədə bilməli; Yüksək səviyyədə analitik-riyazi biliklər; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları. Əlavə məlumatlar: İş rejimi: 6 gün. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mexanika Mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65