Xərclərə nəzarət üzrə mütəxəssis - AZ Logistika and Management Services

Location: Bakı

Vəzifə öhdəlikləri Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması; Xərclərlə bağlı müxtəlif departamentlər və subpodratçılarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi; Tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi; Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Xərclərlə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi; Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət; Faktiki xərclərin büdcə ilə müqayisəsinin aparılması; Satın alınan və ya tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi; Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı; Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə); Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır; Xərclərə nəzarət və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər; Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi; Məntiqi və analitik düşüncə qabiliyyəti; 1C 8.3 proqramı ilə işləmə təcrübəsi; MS Office proqramları biliyi (xüsusilə Excel). Əmək şəraiti Həftədə 6 iş günü; Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir; İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi; Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  Müraciət maili    zaliyeva@azlogistics.az