Location: Bakı
“AZERA Holding” tərkibindəki BMP QSC Mərkəz filialında Xəzinədar vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Pasiyentlər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək; Pasiyentlərdən nağd və POS-terminal vasitəsilə qeyri-nağd ödənişləri qəbul etmək; Günün yekun hesabatını hazırlamaq, təhvil veriləcək pul vəsaitlərini və POS-terminal çeklərini aidiyyəti üzrə təqdim etmək; FONET proqramında dəqiq və düzgün işləmək bacarığı; Rəhbərlik tərəfindən verilən təlimatları tam şəkildə yerinə yetirmək; Nəzakətli və peşəkar davranış nümayiş etdirmək; Müştəri məmnuniyyətini təmin etmək; Gündəlik kassa açılışını və bağlanışını həyata keçirmək; Mübahisəli ödəniş məsələlərinin həllində iştirak etmək; Rəhbərliyin verdiyi əlavə tapşırıqları yerinə yetirmək; Vergi aparatından və POS-terminallardan istifadə etmək bacarığı. Tələblər: Ali təhsil Minimum 1.5-3 il MC Ofiice proqramlarında sərbəst işləmək Təmkinli və səbirli olması vacibdir. Qadın - Kişi (25 yas +) İş şərtləri: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə. Əmək haqqı: 700 AZN İş qrafiki: 6 günlük Uyğun olan namizədlərdən CV-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir.