Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Ona həvalə edilmiş mətbəx otağının, mətbəx otağındakı avadanlıqlarının və qab-qacaqların təmizliyini qoruyur; İclaslar zamanı masaların, iclas otaqlarının təmizliyini həyata keçirir və iclas iştirakçılarına tələb olunan qida məhsullarını (çay, qəhvə və s.) çatdırır; İşçilərin çay fasiləsi zamanı çay tələbatını təmin etmək üçün vaxtlı-vaxtında çay hazırlıqlarını həyata keçirir; Şöbə müdiri tərəfindən digər tapşırılan işləri yerinə yetirir; Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır; Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir; Sanitar-gigiyenik ləvazimatlar bitdikdə əlavə olunmasını həyata keçirir; Agentliyin inzibati binasında olan arxiv və anbar otaqlarının təmizliyini yerinə yetirir; Ümumi təmizliyə nəzarət edir və icrası ilə bağlı tədbirlər görür; Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir. Tələblər: Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq (başlanğıc səviyyədə rus dili arzuolunandır); Yaş həddi 25-45 aralığı; Səliqəli və məsuliyyətli olmalı; Kollektivdə işləmək və ünsiyyət qurmaq bacarığı. Digər: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma. İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84 Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını ( Təminat şöbəsinə xidmətçi ) qeyd etməniz tələb olunur.