Yüklənir...
Location: Bakı
Vəzifə üzrə öhdəliklər: AFF MMC-nin laboratoriyalarında balıqlardan götürülmüş patoloji materialların, balıq saxlanılan suyun və yem nümunələrinin mikrobioloji müayinələrinin təşkili və aparılması; Balıqlarda bakterial, viral, funqal və parazitar patogenlərin aşkar edilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsinin təmin edilməsi; Laboratoriyalarda çalışan mütəxəssis və texniki personalın təlimatlandırılması, analizlərin düzgün icrasına metodiki və praktiki nəzarət; Laboratoriya fəaliyyətini tənzimləyən normativ sənədlərin (standart əməliyyat prosedurları, müayinə protokolları, reagent və kimyəvi maddələrin istifadəsi üzrə təlimatlar, təhlükəsizlik qaydaları, avadanlıqdan istifadə qaydaları) hazırlanması və icrası; Laborator avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onların vaxtında kalibrovkadan, texniki baxışdan və servis xidmətindən keçirilməsinin təşkili; Mikrobioloji müayinələr üçün zəruri reagent və laboratoriya ləvazimatlarının sifarişi, regional laboratoriyalara çatdırılması və düzgün saxlanmasına nəzarət; AFF MMC-nin laboratoriyalarında layihələr və tədqiqatlar çərçivəsində aparılan müayinələrin planlaşdırılması, icrası və yekun hesabatların hazırlanması; Yerli və beynəlxalq norma və standartlara (o cümlədən “Yaxşı Laboratoriya Praktikası” – Good Laboratory Practice, GLP) uyğun laboratoriya fəaliyyətinin təmin edilməsi; Aparılan müayinələrin planları, nəticələri və laboratoriyaların fəaliyyəti ilə bağlı digər məsələlər barədə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi; Balıq xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin planlaşdırılmasında müvafiq struktur bölmələrlə birgə iştirak; Balıq xəstəlikləri, mikrobiologiya və laborator diaqnostika sahəsində yerli və beynəlxalq seminar, konfrans və digər peşəkar tədbirlərdə iştirak. Namizədə Tələblər: Ali təhsil (Mikrobioloqiya) və diaqnostika üzrə təlimlər (xaricdə təlimlər keçənlərə üstünlük verilir); Müvafiq sahədə iş təcrübəsi – 5 ildən az olmayaraq; Tələb olunan və üstünlük verilən sənayə sektoru – baytarlıq sahəsində mikrobioloji laboratoriya. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar Ünvan: Bakı, Üzeyir Hacıbəyov, 57. Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır. Vakansiyaya müraciət üçün CV-ləri “Mikrobioloq” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.