Location: Bakı
Vəzifə üzrə öhdəliklər: Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək; İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək; Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət etmək; İş öncəsi “Həftəlik təlimat”ların keçirilməsini təmin etmək; İş sahələrində Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək; Təsdiq olunmuş “İstehsalat” monitorinqi planına uyğun olaraq əməyin mühafizəsi üzrə iş sahələrində vaxtaşırı müşahidələr aparmaq və nəticələrini Monitorinq jurnalında qeyd etmək; Aşkarlanmış uyğunsuzluqların təyin olunmuş vaxt ərzində aradan qaldırılmasını təqib etmək; Təhlükə potensiallı işlərin (yüksək gərginlikli işlər, dalğıc işləri və s.) təhlükəsiz icrasında və eləcə də işə icazə sisteminin tətbiq edildiyinə əmin olmaq; İşçilərin FMV və xüsusi geyimlə təmin olunmasına və onlardan istifadə olunmasına ciddi nəzarət etmək; “Əməyin mühafizəsi” qaydalarına əməl etməyən işçinin bilavasitə rəhbəri barəsində intizam tənbehi tədbiri görülməsi üçün şöbə rəhbərliyinə yazılı məlumat vermək; Fərdi və Kollektiv mühafizə vasitələrinin daim işlək vəziyyətdə olmasına nəzarət etmək; İlkin yanğınsöndürmə vasitələrinin və tibbi qutuların daim işlək vəziyyətdə olmasını təmin etmək; Sahədə baş verən bədbəxt hadisə, qəza və insident barəsində şöbə rəhbərliyinə yazılı məlumat vermək; Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində dəstək olmaq; İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək; Əmək mühafizəsinə aid risklərin qiymətləndirilməsində iştirak etmək; İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilmək; Əməyin mühafizəsinə aid əyani vasitələrin hazırlanmasında iştirak etmək və SOC kartların doldurulmasına nəzarət etmək; Qanunvericiliyə və şöbənin Əsasnaməsinə uyğun digər işlər icra etmək. Namizədə Tələblər: Ali təhsil; Minimum 2 il iş təcrübəsi; Tələb olunan və ya üstünlük verilən sənaye sektoru - İstehsalat; Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri, işə icazə sistemin tətbiqi qaydalarını və dalğıclıq fəaliyyətinə aid ilkin məlumatları bilməli, ünsiyyətcil və komandada işləmək bacarığı olmalı; Əməyin mühafizəsi sahəsində təlim təqdimatlarını hazırlamaq, MS office proqramları; SƏTƏM sahəsində müvafiq sertifikatlar (IOSH, ISO 45001, FHN SƏTƏM kursu sertifikatı və s.); Azərbaycan dili, Rus və ingilis dilləri (üstünlükdür). İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 6 günlük, istirahət günü: bazar; İş yeri: Mingəçevir; Şəxsi avtomobilin olması mütləqdir; Müntəzəm olaraq ezamiyyələrə getməyə hazır olmaq. Vakansiyaya müraciət üçün CV-ləri “SƏTƏM üzrə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.