Yüklənir...
Location: Bakı
İşə qəbul üzrə mütəxəssis (Mağazalar üzrə) Əsas Vəzifə Öhdəlikləri: Kadr ehtiyaclarını təmin etmək üçün mağaza rəhbərliyi ilə əməkdaşlıq; Namizədlərlə müsahibələrin aparılması və mağazaları müəyyən olunmuş vaxtda keyfiyyətli işçi ilə təmin etmək; Mağazaların yerləşdiyi məkanlara və vakansiya tələblərinə uyğun olaraq gündəlik böyük həcmdə CV və müraciətləri nəzərdən keçirmək və süzgəcdən keçirmək (filtrləmək); Təcili mağaza vakansiyaları üçün potensial namizədlərdən ibarət aktiv və yenilənən məlumat bazasını saxlamaq; Namizədlərin uyğunluğunu, yaşayış yerini, ilkin ünsiyyət bacarıqlarını və motivasiyasını qiymətləndirmək üçün gündəlik yüksək sayda ilkin telefon müsahibələri keçirmək; Kütləvi müsahibə sessiyaları ("açıq qapı" günləri və ya karyera yarmarkaları) təşkil etmək və idarə etmək; Namizədləri pərakəndə satış sahəsi üçün müəyyən olunmuş standart seçim meyarlarına əsasən qiymətləndirmək; Seçilmiş namizədlərlə Mağaza Müdirləri və ya Regional Müdirlər arasında yekun müsahibələrin qrafikini tənzimləmək (koordinasiya etmək); Namizədlərə vaxtında geri bildirim vermək, imtina və iş təklifi (offer) proseslərini idarə etmək; İşə qəbul prosesinin rəvan getməsini təmin etmək üçün seçilmiş namizədlərdən lazımi sənədlərin (şəxsiyyət vəsiqəsi, tibbi arayış, əmək kitabçası və s.) toplanmasında İR Əməliyyatları (HR Operations) komandasına köməklik göstərmək; Namizədlərin İzləmə Sistemini (ATS) və ya işəqəbul məlumat bazasını tam və mütəmadi olaraq yeniləmək; Gələcək işəqəbul ehtiyaclarını öncədən müəyyən etmək üçün mağaza rəhbərliyi ilə sıx əməkdaşlıq edərək mağaza səviyyəsində işçi axını (turnover) tendensiyalarını izləmək; Mağaza ştat cədvəlllərini gündəlik dəyişikliklərə uyğun yeniləmək. Vəzifə tələbləri: Təhsil: Bakalavr dərəcəsi (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya müvafiq sahə üzrə); Təcrübə: İşəqəbul sahəsində 6 aydan 1 ilə qədər təcrübə; Pərakəndə satış (retail), FMCG üzrə təcrübəyə üstünlük verilir (Sürətli iş mühitində keçilmiş təcrübə proqramları da nəzərə alına bilər); Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazılı və şifahi danışıq mütləqdir;İngilis dili və Rus dili biliyi azruolunandır. Bacarıqlar: Yüksək ünsiyyət, insanlarla münasibət qurma və inandırma bacarıqları; Güclü zaman idarəçiliyi və sıx qrafik (deadline) altında, stresli mühitdə işləmək qabiliyyəti; Məlumatların izlənilməsi üçün MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı; Müxtəlif profilli namizədlərlə işləyərkən yüksək empatiya və pozitiv yanaşma nümayiş etdirmək; MS office (Excel, PPT, Word, Outlook) bilikləri mütləqdir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ İşə qəbul üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Recruitment Specialist (Stores) Key Job Responsibilities: Collaborating with store management to fulfill staffing needs; Conducting interviews with candidates and providing stores with high-quality staff within the established timeframe; Reviewing and screening (filtering) a large volume of CVs and applications daily, in accordance with store locations and vacancy requirements; Maintaining an active and updated database of potential candidates for urgent store openings; Conducting a high volume of initial phone screenings daily to assess candidates' eligibility, location, basic communication skills, and motivation; Organizing and managing mass interview sessions ("open door" days or career fairs); Evaluating candidates based on standardized selection criteria established for the retail sector; Scheduling and coordinating final interviews between selected candidates and Store Managers or Regional Managers; Providing timely feedback to candidates, and managing the rejection and job offer processes; Assisting the HR Operations team in collecting necessary documents (ID, medical certificate, labor book, etc.) from selected candidates to ensure a smooth onboarding process; Fully and regularly updating the Applicant Tracking System (ATS) or recruitment database; Tracking staff turnover trends at the store level by collaborating closely with store management to anticipate future recruitment needs; Update the store staffing schedules in accordance with daily changes. Job Requirements Education: Bachelor’s degree in Human Resources Management, Business Administration, Psychology, or a related field; Experience: 6 months to 1 year of experience in recruitment; experience in retail or FMCG sectors is preferred (internships completed in a fast-paced environment will also be considered) ; Language Skills: Excellent written and verbal communication in Azerbaijani is mandatory; proficiency in English and Russian is desirable. Skills: Strong interpersonal, communication, and persuasion skills; Excellent time management skills and the ability to work under pressure and meet tight deadlines; Proficiency in MS Office (particularly Excel) for tracking data; High level of empathy and a positive attitude when dealing with diverse candidate profiles; MS office (Knowledge of Excel, Word, PTT, Outlook) knowledge is must. Interested candidates may apply for the role by sending resume to the e-mail address in the Apply for job button , mentioning " Recruitment Specialist” in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.