Location: Bakı
Struktur bölmənin adı - İnformasiya Təhlükəsizliyi, Kibertəhlükəsizlik və Rəqəmsal Fırıldaqçılıqla Mübarizə Departamenti / İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi Vəzifənin funksiyaları: İnformasiya təhlükəsizliyi həllərinin idarə edilməsi, konfiqurasiyası və optimallaşdırılmasını həyata keçirir; Bank sistemləri, serverlər və şəbəkə avadanlıqları üçün sərtləşdirilmiş təhlükəsizlik qaydalarının (hardening) hazırlanmasını təmin edir; Təhdidlərin qarşısını almaq məqsədilə qabaqlayıcı texniki tədbirlərin (konfiqurasiya dəyişiklikləri, şəbəkə zonalaşdırılması və s.) həyata keçirilməsini təmin edir; İnformasiya texnologiyaları ilə əlaqəli sistem və şəbəkələrin sərtləşdirilmiş təhlükəsizlik tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir; Kritik şəbəkə və təhlükəsizlik avadanlıqlarında (firewall, router, switch və s.) həyata keçirilən dəyişikliklərin təhlükəsizlik baxımından monitorinqini aparır və təhlükəsiz konfiqurasiyaların təsdiqində iştirak edir (idarəetmə funksiyası istisna olmaqla); Bankda informasiya resurslarının qorunması, informasiyanın emalı proseslərinin təhlükəsizliyinin təmin edilməsi və informasiya sistemlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir; İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması məqsədilə müasir texnoloji həlləri araşdırır, yeni təhdidlərə qarşı beynəlxalq təcrübəni öyrənir və müvafiq təkliflər hazırlayır; Müdaxilə testləri və təhlükəsizlik qiymətləndirmələri nəticəsində aşkar edilmiş zəifliklərin aradan qaldırılması üçün texniki həllər hazırlayır və icra prosesində iştirak edir; İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılması və aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir; Fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə fövqəladə hallar üzrə qabaqlayıcı tədbirlərin planlaşdırılması və tətbiqində, həmçinin hadisələr zamanı müvafiq tədbirlərin icrasında iştirak edir; Təsnifləşdirilmiş informasiyanın qorunması üzrə təhlükəsizlik tədbirlərinin icrasını təmin edir; Texniki kompetensiyalar Antivirus və EDR/XDR sistemləri ilə işləmək bacarığı Məlumatların tamlığının monitorinq edilməsi (FİM) Məlumat sızıntısının qarşısının alınması (DLP) Səlahiyyətli giriş hüquqlarına nəzarət (PİM/PAM) OTP və MFA sistemləri ilə iş təcrübəsi E-mail təhlükəsizlik alətləri ilə işləmə bacarığı DNS Təhlükəsizliyi ilə iş təcrübəsi WAF sistemləri ilə işləmə bacarığı Zəifliklərin idarəedilməsi sistemləri ilə iş təcrübəsi Şəbəkə bilikləri Təcrübə İT və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsinin 3 ildən az olmaması tələb olunur. Təhsil Ali təhsil tələb olunur. Dil bacarığı Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur. Kompüter bacarıqları MS Office proqramları tələb olunur Windows və Linux əməliyyat sistemində işləmə bacarığı tələb olunur Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.