Data əməliyyatları bölməsinin böyük mütəxəssisi - Azərbaycan Respublikasının Mərkəzi Bankı

Location: Bakı

Struktur bölmənin adı  - Data departamenti  / Data əməliyyatları və analitikası şöbəsi / Data əməliyyatları bölməsi Vəzifənin funksiyaları: Məlumatlarla bağlı əməliyyatların monitorinqini və səmərəli işləməsini təmin edir; Məlumatların tamlığı və keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlər görür;  Məlumatların təhlil edilməsi nəticəsində əldə olunmuş əməliyyat qərarlarının icrasını təmin edir;  Məlumat sistemlərini idarə edir və gündəlik nəzarət tədbirlərini həyata keçirir; Məlumatların itirilməsi və ya pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər görür;  Məlumatların əlçatan olmasını təmin edir;  SQL sorğuları vasitəsilə məlumatların təhlilini aparır, məlumat bazalarında yoxlamalar həyata keçirir və biznes bölmələrinin məlumat sorğularını cavablandırır; İstifadəçi müraciətlərini, insidentləri və dəyişiklik tələblərini Jira sistemi üzərindən idarə edir, Engineering komandası ilə koordinasiyanı təmin edir; Rəsmi müraciətlər, məlumat sorğuları və DEYDR üzrə daxil olan sorğuların icrasını təmin edir, cavab məktublarını və çıxarışları hazırlayır; Temenos və digər inteqrasiya olunmuş sistemlər üzrə məlumat axınlarını izləyir, yaranan problemlərin araşdırılmasında iştirak edir; Yeni funksionallıqların tətbiqi zamanı biznes tələblərinin formalaşdırılması, testlərin aparılması və qəbul prosesində iştirak edir; Data keyfiyyətinin, məlumat təhlükəsizliyinin və əməliyyat proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir; Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir. Təcrübə Data əməliyyatları, informasiya sistemləri, Biznes analizi və ya data analizi sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur. Təhsil Ali təhsil tələb olunur. Dil bacarığı Səlis azərbaycan, yaxşı səviyyədə rus və ingilis dili bacarığı arzuolunandır.lis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.  Kompüter bacarıqları MS Office proqramları tələb olunur SQL tələb olunur Müxtəlif növ verilənlər bazası ilə işləmək təcrübəsi(Oracle, MySQL, PostgreSQL) arzuolunandır.  ​​​​​​​ Sertifikatlar Oracle Database SQL Exam Number: 1Z0-071 tələb olunur Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.