Location: Bakı
Vəzifənin funksiyaları: Strateji idarəetmə üzrə metodoloji sənədlərin formalaşdırılması və yeni çağırışlara uyğunluğunun təmin edilməsi prosesində iştirak edir; Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirir; Milli strategiya və dövlət proqramları üzrə Mərkəzi Bankın icraçı olduğu tədbirlərin icrası üzrə monitorinq və hesabatlıq prosesində iştirak edir; Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində bank üzrə strateji təhlillərin aparılması və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak edir; Strateji təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesində iştirak edir; Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, eləcə də, təşəbbüslərin icrası üzrə koordinasiyanı həyata keçirir; Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparır; Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir. Kompetensiyalar Davranış kompetensiyaları Analitik təhlil etmə Araşdırma aparma İnnovativlik və kreativlik Komandada işləmə Liderlik qabiliyyətləri Məsuliyyətlilik Strateji düşüncə Stressə davamlılıq Təkmilləşməyə meyllilik Təşəbbüskarlıq Ünsiyyətqurma Vaxtın idarəedilməsi Texniki kompetensiyalar Strateji idarəetmə Layihələrin idarə edilməsi üzrə biliklər Makroiqtisadiyyat Maliyyə sektoru üzrə biliklər Təqdimat və yazı bacarıqları Təcrübə Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Təhsil İdarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə) Kompüter bacarıqları MS Office proqramları (yüksək səviyyədə) Sertifikatlar Beynəlxalq sertifikasiya (PMP və/və ya digər sertifikasiya) arzuolunandır Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.