Location: Bakı
Salary: 400
“Azerfloat” QSC Yay Təcrübə Proqramına Start Verir! “Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Proqram haqqında Seçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər: Mühasibatlıq şöbəsi Maliyyə şöbəsi Logistika Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi SƏTƏM şöbəsi Satış şöbəsi Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi Sənaye qaz istehsalı şöbəsi Elektrik mühəndisliyi şöbəsi Mexanika şöbəsi İstehsalat şöbəsi Təcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır. Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək. Tələblər Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları) Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları) Güclü ünsiyyət bacarıqları Təşəbbüskarlıq və məsuliyyətlilik Punktuallıq Analitik düşüncə və araşdırma bacarığı Təminatlar Əmək haqqı: 400 AZN (vergilər daxil) Nahar pulu Servis xidməti (20 Yanvar metrostansiyasından) İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə) Əlavə məlumat Təcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək: Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi) Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1 Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır. Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır. e-mail: intern@azerfloat.az