Baş Şəbəkə administratoru - Azericard

Location: Bakı

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Baş Şəbəkə administratoru Vəzifə üzrə tələblər: Ali təhsil (texniki təhsil arzuolunandır); Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 5 il praktiki iş təcrübəsi; Cisco CCNA, CCNP Enterprise (ENCOR, ENARSI), CCNP Data Center, PCNSE sertifikatlarına malik olmaq üstünlükdür; Palo Alto Firewall sistemləri ilə dərin praktiki təcrübə (policy design, security profiles, NAT, VPN, HA, troubleshooting, QoS); Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP); Cisco ACI mühitində əsas anlayışlar və əməliyyat bacarıqları (fabric, tenant, EPG, contracts); Cisco ISE ilə iş təcrübəsi (802.1X, NAC, profiling); Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə bilmək VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN); Load Balancing sistemləri ilə iş bacarığı (Citrix NetScaler/ADC); VoIP sistemləri üzrə anlayış və praktiki təcrübə (3CX, Cisco CUCM); Wireless şəbəkələr üzrə biliklər; Şəbəkə ilə bağlı texniki sənədləşmə və diaqramların hazırlanması və yenilənməsi bacarığı; Kritik infrastruktur mühitində işləmək təcrübəsi; İngilis dili – texniki səviyyədə (dokumentasiya oxuma, vendor support ilə ünsiyyət); Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı. Vəzifə üzrə öhdəliklər: Şirkətin mövcud şəbəkə və təhlükəsizlik infrastrukturunun dizaynı, konfiqurasiyası və idarə edilməsi; Palo Alto firewall-lar üzərində gündəlik əməliyyatlar, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması; Cisco Router, Switch, ACI və ISE sistemlərinin konfiqurasiyası və texniki dəstəyi; Şəbəkənin 7/24 yüksək əlçatanlıq və stabil fəaliyyətinin təmin edilməsi; Kritik hallarda nasazlıqların sürətli diaqnostikası və aradan qaldırılması; Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması; Şəbəkə təhlükəsizliyi risklərinin analiz edilməsi və aradan qaldırılması; Vendor və texniki dəstək komandaları ilə koordinasiya; Dəyişikliklərin idarə edilməsi (change management) və sənədləşdirilməsi; Şəbəkə üzrə standartlar, prosedurlar və texniki dokumentasiyanın hazırlanması və yenilənməsi. Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.