Location: Bakı
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kibertəhlükəsizlik vasitələrinin idarə edilməsi bölməsinin rəhbəri Vəzifəyə olan tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 5 il, idarəçilik sahəsində isə ən azı 1 il iş təcrübəsi; Müasir hücum metodlar, alətlər və texnologiyalar, informasiya təhlükəsizliyinə cari təhdidlər və informasiyanın mühafizəsi vasitələri haqqında anlayışlar; Ən azı 5 kateqoriya informasiya mühafizə vasitələrinin istismar tərcrübəsi (AV/EDR, ATM security, MDM/MAM, NGFW, IPS/IDS, WAF, Anti-DDOS, DAG, DAM, FIM, DLP, e-mail/web security gateway, PIM/PAM, UEBA, HSM); Administrator səviyyəsində Windows və Linux bilikləri; Kommutasiya və marşrutizasiya şəbəkə prinsiplərindən anlayışın olması; Məlumat baza sistemləri barədə əsas biliklərin olması (Oracle, Postgres, MS SQL); Kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması, komanda işinin koordinasiya edilməsi bacarığının olması. Vəzifə öhdəlikləri: İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə tapşırıqların verilməsi və görülən işlərin nəticələrinin monitorinq edilməsi; İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı üzrə mühəndislərə təlimlərin keçirilməsi; İnformasiya təhlükəsizliyi sistemlərinin inzibatçılığı çərçivəsində proseslərin effektivliyinə nəzarət edilməsi və proseslərə təkmilləşdirmələrin aparılması; “SOC” xidmətlərinin metodiki, proses yönümlü və texniki bazaların işlənməsində və dəstəklənməsində iştirak edilməsi; İnformasiya təhlükəsizliyi insidentlərinə cavab vermə prosesi çərçivəsində digər şöbə əməkdaşları ilə qarşılıqlı işlərin görülməsi; Analitik işlərin aparılması, hesabatların hazırlanması; Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi. Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.