Layihənin Baş Memarı – LBM - "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu

Location: Bakı

Vəzifə öhdəlikləri: Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq; Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq; Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək; Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək; Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;  Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq; Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;  Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək. Bilməlidir: Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları;  Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını;  Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri; Layihələndirmənin metodlarını; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları;  Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;   Tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il); Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s.; Tikinti norma və qaydalarına dair biliklər; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  Müraciət maili   karyera@arxkom.gov.az