Location: Bakı
Vəzifə öhdəlikləri: Tikinti obyektlərində qrafik üzrə müəllif nəzarətini aparmaq, yaranan sualları cavablandırmaq, podrat və subpodrat təşkilatlarla daimi əlaqədə olmaq; Müəllif nəzarəti jurnalında qeydlərin aparılması və qeyd olunan iradların vaxtında aradan qaldırılmasını təmin etmək; Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatı tərəfindən müəllif nəzarətinin aparılması qaydalarını bilməsi; Layihələri oxuma və tikinti obyektinin texnoloji, texniki həllərinin layihələrdəki həllərə uyğunluğunu yoxlama bacarığı; Elektrik təchizatı və mühəndis komunikasıyası haqqında məlumatlı olması; Binadaxili su təchizatı, kanalizasiya və yanğın əlehinə sistemlərinin quraşdırılması haqqında məlumatlı olması; İsitmə, ventilyasiya və havanın kondisialaşdırılması üzrə məlumatlı olması; Tikinti obyektində sənədləşmələrin aparılması haqqında ümumi məlumatın olması; Həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması. Tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi (5 il); Kompüter bilikləri - AutoCad, MS Office; Tikinti norma və qaydalarına dair biliklər; Layihələndirmə sistemlərini və metodlarını bilmək; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. İngilis və rus dillərini bilmək arzuolunandır. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili karyera@arxkom.gov.az