Yüklənir...
Location: Bakı
Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi Vəzifə öhdəlikləri: Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin və kod kitabxanalarının (SDK) hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəyi; SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması; Combine və Swift Concurrency vasitəsilə asinxron və reaktiv proseslərin düzgün və effektiv idarə olunması; Jira üzərindən təqdim olunan texniki tapşırıqlara uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası; Mövcud kod bazasında refaktorinq aparılması, performansın və oxunaqlılığın artırılması; Kod standartlarına, Clean Code prinsiplərinə və daxili inkişaf qaydalarına ciddi riayət edilməsi; Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi; GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak; Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak; Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası; Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak; Texniki problemlərin analizi və effektiv həll yollarının təklif edilməsi; Tətbiqin stabil işləməsinin təmin olunması və aşkar edilən bug-ların operativ şəkildə aradan qaldırılması; Texniki sənədlərin oxunması və ehtiyac olduqda daxili texniki dokumentasiyanın hazırlanması; Tələb olunan bilik və bacarıqlar: Ali təhsil; Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi (2+ il arzuolunandır); Swift proqramlaşdırma dili üzrə praktik və sabit biliklər; SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması təcrübəsi (iOS SDK-larının hazırlanması təcrübəsi arzuolunandır); Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi; Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər; Test yazma bacarığı və test yönümlü inkişaf anlayışı (TDD üstünlükdür); Kod keyfiyyətinə, performansa və oxunaqlılığa diqqət; Versiya nəzarət sistemləri ilə iş bacarığı (GitLab/GitHub); Komanda daxili effektiv ünsiyyət və əməkdaşlıq bacarığı; Üzərinə götürdüyü tapşırıqlara məsuliyyətli yanaşma və aparıcılıq; Code review mədəniyyəti və konstruktiv feedback vermə/qəbul etmə bacarığı; Zamanın düzgün idarə olunması, prioritetlərin müəyyən edilməsi və deadline-lara riayət; Öyrənməyə və peşəkar inkişafa açıq olmaq, iOS ekosistemindəki yenilikləri izləmək; Üstünlük hesab olunur: MVVM və ya digər arxitekturalarla iş təcrübəsi; CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür); App Store-a tətbiq yükləmə və release proseslərində iştirak Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.