Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması; Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili; Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması; Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi; E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması; Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması; Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması; Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi; Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması; Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması; Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi. Tələblər: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; PMS (Professional Mühasib Sertifikatı) sertifikatının olması mütləqdir Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək; Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı; 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı; Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə; Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı; Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur. İş barədə məlumatlar: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatı: 09:00-18:00-dək; İş yeri: Bayraq Meydanı ilə üzbə-üz; Nahar şirkət tərəfindən verilir; Əmək haqqı: 1500-2000 AZN Maraqlananlar CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.