Location: Bakı
Azroksan istehsal və inteqrasiya proseslərində ölçmə, yoxlama və sınaq fəaliyyətlərini effektiv şəkildə idarə edə bilən, analitik düşüncəyə malik və detallara diqqətli Energetik Müayinə Mühəndisi axtarır. Namizəd məhsulların keyfiyyət və uyğunluq tələblərinə cavab verməsini təmin etməli, yeni ölçmə metodlarının tətbiqində və proseslərin təkmilləşdirilməsində aktiv rol oynamalıdır. Əsas vəzifə və öhdəliklər Məhsullar üzrə ölçmə, yoxlama və sınaq proseslərini təşkil etmək və icrasına nəzarət etmək Yeni məhsullar üçün ölçmə və test metodlarını hazırlamaq, tətbiqini və təkmilləşdirilməsini təmin etmək Uyğunluq qiymətləndirmə, qəbul və sənədləşmə proseslərini idarə etmək Məsləhətçi, podratçı və daxili komandalarla koordinasiyanı təmin etmək Ölçmə sistemlərinin təhlili (MSA), risk və keyfiyyət nəzarəti fəaliyyətlərini həyata keçirmək İstehsal və yoxlama proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təşəbbüslər irəli sürmək Milli və beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə nəzarət etmək Tələblər Kimya, Metallurgiya, Mexanika və ya Materialşünaslıqla bağlı ali təhsil Ölçmə, sınaq və keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi Texniki sənədlərlə işləmə və analiz bacarığı MS Office və müvafiq texniki alətlər üzrə biliklər Analitik düşüncə və problem həll etmə bacarığı Komanda ilə işləmə və effektiv ünsiyyət qabiliyyəti Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Energetik Müayinə Mühəndisi” qeyd etməklə göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: career@azroksan.az