Energetik Müayinə Texniki - AZROKSAN LLC

Location: Bakı

Azroksan istehsal və inteqrasiya proseslərində ölçmə və yoxlama işlərini yerinə yetirə bilən, diqqətli və məsuliyyətli Energetik Müayinə Texniki axtarır. Namizəd məhsulların texniki tələblərə uyğunluğunu yoxlamalı və gündəlik keyfiyyət nəzarəti proseslərində aktiv iştirak etməlidir. Əsas vəzifə və öhdəliklər Məhsullar üzrə ölçü, vizual, mexaniki və elektrik yoxlamalarını həyata keçirmək  Yoxlama nəticələrini sənədləşdirmək və uyğunluq proseslərinə dəstək vermək  Uyğunsuz məhsulların müəyyənləşdirilməsi və izlənməsində iştirak etmək  Ölçmə və sınaq avadanlıqlarından düzgün istifadə etmək və kalibrlənməsinə nəzarət etmək  İstehsal və inteqrasiya komandaları ilə koordinasiyalı işləmək  MSA və digər keyfiyyət nəzarəti fəaliyyətlərində iştirak etmək  Proseslərin təkmilləşdirilməsi və 5S kimi fəaliyyətlərə dəstək vermək Tələblər Kimya, Metallurgiya, Mexanika və ya Materialşünaslıqla bağlı ali təhsil Ölçmə və ya keyfiyyət nəzarəti sahəsində təcrübə üstünlükdür  Texniki cihazlarla işləmə bacarığı  Diqqətlilik və məsuliyyətlilik  Komanda ilə işləmə bacarığı  Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Energetik Müayinə Texniki” qeyd etməklə göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: career@azroksan.az