İnşaat mühəndisi - AZROKSAN LLC

Location: Bakı

Azroksan tikinti layihələrinin idarə olunması və koordinasiyası sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlü İnşaat Mühəndisi axtarır. Namizəd layihələrin planlanması, icrası və nəzarətində aktiv rol almalı, podratçılar və daxili komandalarla effektiv əməkdaşlıq qurmağı bacarmalıdır. Layihələri vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə tamamlayacaq, güclü təşkilatçılıq və ünsiyyət bacarıqlarına malik şəxslərə üstünlük verilir. Əsas vəzifə və öhdəliklər Şirkətin ehtiyacı olan obyektlərin, inzibati binaların və infrastrukturun tikintisi ilə bağlı bütün layihə və inşaat fəaliyyətlərini koordinasiya etmək  Daxili bölmələrlə birgə icra olunan prosesləri (tender, qəbul, yoxlama, hesabatlandırma və s.) əlaqələndirmək  Şirkətin əsas podratçı kimi həyata keçirdiyi tikinti layihələrini və podrat işlərini koordinasiya etmək  Layihə və tikinti işləri üzrə ümumi strategiya, prinsip və prosedurların hazırlanmasını və icrasını təmin etmək  Zonalaşdırma və baş planlarla bağlı prosesləri idarə etmək  Layihə məqsədlərinin müəyyənləşdirilməsi və bütün mərhələlərdə icrasına nəzarət etmək  Layihə üzrə təqdimatlar, sahə ziyarətləri və maraqlı tərəflərlə kommunikasiya proseslərini təşkil etmək  Məsləhətçi və podratçı şirkətlərlə işlərin koordinasiyasını həyata keçirmək və ödəniş proseslərini izləmək  Tender mərhələsində texniki dəstək göstərmək və müqavilə sonrası prosesləri idarə etmək  Layihə planlaması (WBS), iş qrafikləri və mərhələlərin (milestone) hazırlanması və izlənməsini təmin etmək  Layihə üzrə məlumat axını, RFI-lərin idarə olunması və qərarların paylaşılmasını koordinasiya etmək  Layihə sənədlərinin və yazışmaların qeydiyyatını aparmaq, iclasları təşkil etmək və protokollarını hazırlamaq  Risklərin idarə olunmasını və risk məsul şəxslərinin müəyyənləşdirilməsini təmin etmək  Rəhbərlik üçün hesabatlar, təqdimatlar və aylıq fəaliyyət hesabatlarını hazırlamaq  Tikinti işləri üzrə qəbul (acceptance) və nəzarət (superviziya) proseslərini idarə etmək  Dövlət qurumları və bələdiyyələrlə əlaqələri koordinasiya etmək  “As-built” layihələrinin hazırlanması və saxlanılmasını təmin etmək  Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil  Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi  Layihə idarəetməsi, tikinti prosesləri və texniki sənədlərlə işləmə bacarığı  MS Office və layihə idarəetmə alətləri üzrə biliklər  Analitik düşüncə, planlama və koordinasiya bacarıqları  Güclü ünsiyyət və komanda ilə işləmə qabiliyyəti Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.