Location: Bakı
Azroksan inzibati və logistik proseslərin effektiv təşkilində iştirak edəcək, məsuliyyətli və operativ İnzibati İşlər üzrə Mütəxəssis axtarırıq. Namizəd gündəlik əməliyyatların icrasında aktiv rol almalı, daxili və xarici tərəflərlə koordinasiyanı təmin etməlidir. Əsas vəzifə və öhdəliklər Şirkət daxilində və xaricində sənəd və informasiya axınının effektiv, təhlükəsiz və vaxtında həyata keçirilməsi ilə bağlı fəaliyyətlərin icrasında menecerə dəstək vermək və gündəlik əməliyyatları icra etmək. Nəqliyyat və sosial xidmətlər (servis, yemək, yaşayış, sosial obyektlər və s.) çərçivəsində göstərilən xidmətlərin planlaşdırılması və icrasında iştirak etmək, xidmətlərin düzgün icrasına nəzarət etmək. Nəqliyyat və sosial xidmətlər üzrə xidmət satınalmaları ilə bağlı tender proseslərində texniki və inzibati dəstək göstərmək, müqavilə və texniki şərtlərə uyğunluğun izlənməsində iştirak etmək. Protokol xidmətlərinin planlaşdırılması və icrasında iştirak etmək, təşkilati hazırlıq işlərini yerinə yetirmək və tətbiq prosesini izləmək. Əlaqələndirmə ofisi, Tədqiqat Mərkəzi və oxşar obyektlərin inzibati fəaliyyətlərinin icrasında iştirak etmək və gündəlik əməliyyatları koordinasiya etmək. Şirkət obyektlərindən kənarda keçirilən atış sınaqları və digər fəaliyyətlər üçün tələb olunan inzibati və logistik xidmətlərin (nəqliyyat, iaşə, yaşayış və s.) təşkilinə dəstək vermək. Müqaviləli şirkətlər tərəfindən idarə olunan yeməkxana və hovuz kafeteriyalarında təmizlik, nizam-intizam və xidmət tələblərinə uyğunluğun yoxlanılmasında iştirak etmək, aşkar edilən uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq. Əsas istehlak materiallarının, tanıtım məhsullarının (təqvim, gündəlik və s.), dəftərxana ləvazimatlarının, təmizlik və iaşə materiallarının ehtiyaclarının müəyyən edilməsində, sifariş və paylanma proseslərində iştirak etmək. Gördüyü işlər barədə mütəmadi olaraq birbaşa rəhbərinə məlumat vermək, hesabat və sənədləşmə işlərini aparmaq. Şirkətin daxili qaydalarına, prosedurlarına və inzibati proseslərinə riayət etmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək. Şirkətin nüfuzunun, imicinin və etibarlılığının qorunmasına töhfə vermək. Tələblər Biznesin idarə edilməsi, Menecment və uyğun ixtisaslar üzə ali təhsil İnzibati işlər və ya logistika sahəsində təcrübə üstünlükdür MS Office proqramları üzrə biliklər Təşkilatçılıq və koordinasiya bacarıqları Ünsiyyət və komanda ilə işləmə qabiliyyəti Məsuliyyətlilik və operativlik Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “İnzibati İşlər üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.