Location: Bakı
Vəzifə öhdəlikləri Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq mühasibat standartlarına uyğun aparılmasını təmin etmək. Gündəlik maliyyə əməliyyatlarının uçotunu aparmaq və düzgün sənədləşdirilməsinə nəzarət etmək. Bank, kassa, debitor və kreditor borclarının uçotunu aparmaq və mütəmadi uzlaşdırmalar həyata keçirmək. Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi və s.) hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək. DSMF, işsizlik sığortası, icbari tibbi sığorta və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi. Maliyyə hesabatlarının (Balance Sheet, Statement of Profit or Loss, Cash Flow və s.) hazırlanmasında iştirak etmək. Ay sonu və il sonu bağlanış əməliyyatlarını həyata keçirmək. Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotuna nəzarət etmək. Əməkhaqqının hesablanması və əməkhaqqı üzrə mühasibat uçotunun düzgün aparılmasını təmin etmək. Elektron qaimə-fakturaların, e-qaimələrin, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin işlənməsini həyata keçirmək. Mühasibat sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təmin etmək. Logo proqram təminatında əməliyyatların düzgün aparılmasını təmin etmək. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək. Rəhbərlik tərəfindən verilən və vəzifəsinə aid digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. İş şəraiti İş saatı həftənin 5 günü 09:00 – 18:00 İş yeri Babək prospekti tərəfində yerləşir Əmək haqqı - 1200 - 1500 Azn Namizədə qarşı tələblər Ali iqtisadi təhsil; Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi; Mükəmməl səviyyədə Microsoft Office proqramlarını bilməli; Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti; AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır Yaş həddi – 27 - 40 Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.