Location: Bakı şəhəri
AZZA şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi "Əmək haqqının hesablanması üzrə mühasib köməkçisi" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: İşçilərin aylıq əmək haqlarının hesablanması; Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi; DSMF tərəfindən ödənilən müavinatların dövlət elektron sisteminə işlənməsi; Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması; İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtında cavablandırılması; Namizədə olan tələblər: Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil; Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (1C proqramında əmək haqqını hesablama təcrübəsi olan şəxslərə üstünlük verilir); Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı; Əlavə məlumatlar: Nahar şirkət tərəfindən verilir; 5 günlük iş qrafiki. Rəsmi qeydiyyat; Namizələrdən mövzu yerində "Əmək haqqı üzrə mühasib köməkçisi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət Et düyməsində göstərilən e - poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət maili hr@azza.az