Yüklənir...
Location: Bakı
Salary: 1000
Namizədə tələblər: Mühəndis-elektrik ixtisası üzrə ali təhsil; Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 3 ildən yuxarı təcrübə; Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompyuter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit; BİM layihələrində iştirakı arzuolunandır; Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı; Hesabat hazırlama və analiz etmə bacarığı; Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik. Vəzifə öhdəlikləri: Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması; Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi; 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi; Elektrik yükünün hesablanması; Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması; Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; İş barədə məlumat: İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün; Əmək haqqı: 1000 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin. Xahiş olunur ki,yalnız uyğun namizədlər müraciət etsin.