Marketing Project Manager - Baku Design Academy

Location: Bakı

Sizdən nə gözləyirik? Bütün proseslərin aparıcı mütəxəssisi - şirkət xarici və daxili əlaqələr, layihələrin yönləndiricisi, stakeholderlərlə əlaqə, outsource işçilərimiz ilə də kommunikasiya (tik tokerlər, influencerlər, creative komandalar, digital dəstək). Əsas öhdəliklər: Marketinq və kontent komandasının layihələrini brifdən təslimə qədər aparmaq.  Kreativ komanda üçün marketinq tələblərinə əsasən brif hazırlamaq, kreativi qiymətləndirmək. Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək. Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək. Qrupların start tarixləri ilə reklam kampaniyalarının uyğunlaşdırılması. Birbaşa rəhbərin ötürdüyü strateji layihələri operativ səviyyədə icra etmək. Creative, PR, KİV-media kimi sahələrdə təşəbbüskar olub təkliflər vermək. Namizədə dair tələblər: Marketinq və layihə idarəetməsində 4–5 il təcrübə, üstünlük: B2C məhsul (EdTech, fintech, e-commerce, sığorta, telco) və ya güclü marketing agentliyi. Layihələri brifdən nəticəyə qədər müstəqil aparma təcrübəsi: deadline, büdcə, komanda koordinasiyası. Data ilə rahat işləmə: dashboard-ları oxumaq, Excel/Google Sheets, rəqəmlərə düzgün suallar verə bilmək. Kreativ komandanı koordinasiya etmək və kreativi konkret meyarlarla qiymətləndirmək bacarığı. Performance marketing barədə əsas anlayış: CPL, CPM, CTR, CR, ROAS — bunların nə olduğunu və bir-birinə necə bağlandığını başa düşmək. Kampaniya qurmaq tələb olunmur, amma podratçının hesabatını oxuya bilmək — bəli.  Satış funnelinin məntiqini başa düşmək: reklam → lead → satış mərhələlərində nəyin haraya təsir etdiyini görmək. Əsas keyfiyyətlər: dataya əsaslanan düşüncə, sürət, müstəqillik, problem həlletmə vərdişi, öyrənmə həvəsi. Yüksək dinamikada və dəyişən prioritetlər mühitində işləmək bacarığı. Sosial, aktiv, yumşaq bacarıqları, xüsusilə kommunikasiya bacarıqları.  Azərbaycan dili — sərbəst. Rus və/və ya İngilis — texniki resurslar üçün vacibdir. Biz nə təklif edirik? Şəhərin mərkəzində müasir ofis və kreativ mühit. Sistemli iş prosesi və peşəkar inkişaf imkanı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə. Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.  Aydın karyera yolu: 2–3 il ərzində Rəhbər pozisiyasına hazırlıq və keçid imkanı. Müraciət qaydası: Maraqlanan namizədlər CV-ni və 1–2 idarə etdiyi layihənin qısa təsvirini (sənin konkret rolun, hansı rəqəmlərə təsir etdin, nəticə) →  "Marketing PM | Ad Soyad " qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərmələri xahiş olunur.  Qeyd: Uyğun namizədlərlə  7 iş günü ərzində əlaqə saxlanılacaqdır.