Location: Bakı
Şirkət haqqında: BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir. Sizdən nə gözləyirik? Siz sadəcə satış etməyəcəksiniz, siz satış komandasının "onurğa sütunu" olacaqsınız. Bizə rəqəmlərlə danışan, hər bir yazışmanın və zəngin keyfiyyətinə cavabdehlik daşıyan lider lazımdır. Əsas öhdəliklər: Keyfiyyətə nəzarət: Satış mütəxəssislərinin yazışma və zənglərinə (həm kəmiyyət, həm də keyfiyyət üzrə) gündəlik nəzarət etmək. SLA Menecment: Müştərilərlə ünsiyyət dövrünü və cavablandırma sürətini izləmək. Şirkətin daxili SLA standartlarının (məsələn, 15 dəqiqə qaydası) icrasını təmin etmək və bu standartların təkmilləşdirilməsində iştirak etmək. Mürəkkəb müştərilər: Çətin və mürəkkəb müştərilərlə danışıqları öz üzərinə götürmək, prosedurları idarə etmək. B2B Satışlar: Korporativ müştərilərlə yazışmalar aparmaq və B2B satış prosesini idarə etmək. Nümunəvi Satış: Lazım gəldikdə birbaşa müştəri ilə ünsiyyətə girmək və satışı bağlamaq (Closing). Namizədə dair tələblər: Məsuliyyət və Ownership: İşi "öz işi kimi" mənimsəmə bacarığı. Təşəbbüskarlıq: Problemi sadəcə qeyd etmək deyil, onun həlli yolunu təklif etmək. Çeviklik: Dəyişən bazar şərtlərinə və yeni daxili sistemlərə (CRM, yeni skriptlər) sürətlə uyğunlaşmaq. İntellektual yanaşma: Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək. Dürüstlük: Həm komanda, həm də rəhbərliklə münasibətlərdə tam şəffaflıq. Təcrübə: Satış sahəsində ən azı 2 il, komanda idarəetməsində isə minimum 1 il iş təcrübəsi. Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi) bacarığı; Rus və ya İngilis dili bilikləri üstünlükdür." CRM sistemləri və hesabatlılıq alətləri (məsələn, Looker Studio, Excel) ilə işləmə bacarığı. Stressə davamlılıq, gərgin iş rejimində fokusunu itirməmək və komandanı hədəfə yönləndirmək qabiliyyəti. Biz nə təklif edirik? Şəhərin mərkəzində müasir ofis və kreativ mühit. Sistemli iş prosesi və peşəkar inkişaf imkanı. Nəticəyə əsaslanan motivasiya sistemi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə. Şəffaf hesabatlılıq sistemi və peşəkar idarəetmə mühiti. Müraciət qaydası: Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə Team Lead | Ad Soyadınız" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.