Tur üzrə Satış Meneceri - Baku Holiday Travel

Location: Bakı

Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə Satış Meneceri vakansiyası elan edir. Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam marketinq dəstəyi və nəticəyə bağlı komissiya. Sizi nə gözləyir Hazır lead axını - daxil olan sorğuları satışa çevirirsiniz Tam marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir Dünya üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil Sabit əmək haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən asılıdır Beynəlxalq turizm sahəsində real karyera inkişafı Vəzifə öhdəlikləri Daxil olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun tur paketini satmaq Fərdi və qrup turlarını hazırlamaq və satışını tamamlamaq Aylıq satış hədəflərini icra etmək Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat vermək Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək Tur zamanı yaranan məsələləri operativ həll etmək Satışları 1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək Namizədə tələblər Ali təhsil (turizm və ya menecment ixtisası üstünlükdür) Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri Şəxsi satış portfeli və ya korporativ müştəri bazası Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları (bedbank) ilə iş təcrübəsi Populyar turizm destinasiyaları üzrə geniş bilik Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə Aylıq satış hədəfi ilə işləmək və nəticələr üzrə hesabatlılıq təcrübəsi Üstünlükdür Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi Amadeus, Galileo kimi GDS sistemləri ilə tanışlıq İş şəraiti Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi İş saatları: 09:00–18:00 və ya 10:00–19:00 Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.