Servis Koordinatoru / Servis Nəzarətçisi - Baku Service Company

Location: Bakı

Bakı Service Company məişət texnikasının quraşdırılması və təmiri üzrə fəaliyyət göstərən komandamıza məsuliyyətli və operativ Servis Koordinatoru / Servis Nəzarətçisi axtarırıq. Vəzifənin əsas məqsədi: Servis sifarişinin qəbulundan başlayaraq texnikin təyinatı, müştəriyə səfəri, diaqnostika və təmir prosesinin izlənilməsi, işin tamamlanması və müştəri məmnuniyyətinə qədər bütün prosesə nəzarət etmək. Əsas vəzifələr: Daxil olan servis sifarişlərinin texniklər arasında düzgün bölüşdürülməsi; Texniklərin gündəlik fəaliyyətinə və iş qrafikinə nəzarət; Hər bir sifarişin başlanğıcdan sona qədər sistem üzərindən izlənilməsi; Gecikmiş və tamamlanmamış sifarişlərin operativ şəkildə təqib edilməsi; Texniklərin müştəriyə vaxtında getməsinə nəzarət; Görülən işlərin keyfiyyətinin və servis standartlarına uyğunluğunun yoxlanılması; Təkrar müraciətlərin və zəmanət problemlərinin araşdırılması; Müştəri şikayətlərinin qəbul edilməsi və həllinin təşkil olunması; Problemli sifarişlər üzrə texniklərlə əlaqə saxlanılması və lazımi qərarların verilməsi; Texniklərin məhsuldarlığının və iş keyfiyyətinin monitorinqi; Gündəlik və aylıq KPI hesabatlarının hazırlanması; Servis proqramında sifariş statuslarının vaxtında və düzgün qeyd edilməsinə nəzarət; Rəhbərliyə servis prosesləri haqqında mütəmadi hesabat təqdim edilməsi. Namizədə tələblər: Servis, texniki xidmət və ya məişət texnikası sahəsində iş təcrübəsi; Texniklərlə işləmək və onların fəaliyyətinə nəzarət etmək bacarığı; Güclü təşkilatçılıq və problem həll etmə bacarığı; Operativ qərar qəbul etmək qabiliyyəti; Müştərilərlə düzgün və peşəkar ünsiyyət; MS Office, xüsusilə Excel üzrə yaxşı bilik; CRM / servis proqramları ilə işləmək təcrübəsi üstünlükdür; Azərbaycan dili – əla; Rus dili – yaxşı səviyyədə; Texniki təhsil və məişət texnikası sahəsində təcrübə üstünlükdür.   İş şərtləri: İş yeri: Bakı Tam iş günü Əmək haqqı: 1,000–1,300 AZN + KPI bonus Rəsmi əmək müqaviləsi Peşəkar inkişaf və karyera imkanları Tələb olunan keyfiyyətələrə cavab verən şəxslər Cv – lərini mövzu hissəsində “Servis Koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.