Location: Bakı
İşin qısa təsviri: Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək. Əsas vəzifə və məsuliyyətlər: Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili; IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət; Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması; Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması; Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması; Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi; Tələblər Təhsil: Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil; Təcrübə: Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi; İstehsal sektorunda təcrübə üstünlükdür; Texniki biliklər: IFRS bilikləri – mütləq; SAP (FI, CO modulları) – üstünlük; Yüksək səviyyədə Excel bilikləri; Power BI ilə işləmə bacarığı; Sertifikatlar: ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür; Dil bilikləri: Azərbaycan dili – ana dili; İngilis və rus dili – arzuolunandır; Şəxsi keyfiyyətlər: Analitik düşünmə və hesabat hazırlama bacarığı; Təqdimat bacarığı; Yüksək məsuliyyətlilik; Detallara diqqət; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.