Yüklənir...
Location: Bakı
Əsas vəzifələr: Gündəlik alış, satış və anbar əməliyyatlarının proqramda uçotunun aparılması; Qaimə, hesab-faktura, təhvil-təslim aktı və digər sənədlərin hazırlanması və sistemə daxil edilməsi; Mal qalıqlarına nəzarət və uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi; Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra edilməsi. Namizədə tələblər: Ali və ya orta ixtisas təhsili (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə üstünlükdür); Uçot operatoru və ya oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi; ERP və ya digər uçot proqramları ilə işləmək bacarığı; Microsoft Excel və Word proqramlarında sərbəst işləmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti; Komandada işləmək və ünsiyyət bacarığı. Bəylər Şirkət təklif edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və karyera imkanları; Mehriban və peşəkar iş mühiti. Push 30 proqramı ilə idman zallarından şirkət hesabına istifadə hüququ Əmək haqqı 550 AZN +100 Azn qidalanma. 6 ay ərzində 650 Azn əmək haqqı 6 günlük iş qrafiki bir gün istirahət Maraqlanan şəxslər CV-lərini “Uçotçu” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız seçilmiş şəxslərlə əlaqə salanılacaq.