1 saylı Mikrokreditlər bölməsinin kiçik eksperti - Xaçmaz - Bank of Baku

Location: Bakı

Vəzifə öhdəlikləri: Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir; Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir; Ərizəçilər haqqında ilkin məlumatları toplayır; Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır; Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir; Tələblər: Azərbaycan - Yüksək MS Office -Orta Ali təhsil – bakalavriat Sahə üzrə iş təcrübəsi: Tələb olunmur. Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Könüllü tibbi sığorta; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.