Analitik təhlil bölməsinin aparıcı eksperti - Bank of Baku

Location: Bakı

Vəzifə öhdəlikləri: Bankın fəaliyyət göstəricilərinin müntəzəm təhlilini aparmaq və nəticələr əsasında analitik hesabatlar hazırlamaq; Strateji planın icrasına dair göstəricilərin monitorinqini həyata keçirmək və rəhbərliyə hesabatlar təqdim etmək; Biznes istiqamətləri üzrə KPI-lərin hazırlanmasında və təhlilində iştirak etmək; Bankın maliyyə, əməliyyat və biznes göstəricilərinin dinamikasını təhlil etmək; Yeni məhsul və xidmətlərin tətbiqi üzrə biznes əsaslandırmaların (Business Case) hazırlanmasında iştirak etmək; Məlumat bazalarının təhlili, məlumat keyfiyyətinin qiymətləndirilməsi və analitik modellərin hazırlanmasına dəstək vermək; Dashboard və idarəetmə hesabatlarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək; Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək analitik məlumatların toplanmasını və emalını təmin etmək; Rəhbərlik tərəfindən verilən digər analitik və strateji tapşırıqları icra etmək. Kompüter biliyi Excel - Yüksək SQL - Orta Tələblər: Ali təhsil- bakalavr Təcrübə 1-5 il Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.