Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Bankın daxili qaydalarına uyğun olaraq bölmə üzrə hesabatların və Bankın səlahiyyətli şəxsləri tərəfindən tələb edilən məlumatların verilməsində iştirak edir; Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir; Bankın kredit risklərinin idarə edilməsi üzrə prosedurlarının yazılmasında və bu prosedurlara əlavə və dəyişikliklərin edilməsində iştirak edir; Bankın kredit məhsulları üzrə prosedurlarına və şərtlərinə dair kredit riskləri nöqteyi nəzərindən təkliflərin hazırlanmasında iştirak edir; Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyatların yaradılmasını və nəzarəti təmin edir; Stress-testin həyata keçirilməsini təmin edir; Tələblər: Ali təhsil- bakalavriat Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta Kompüter biliyi MS Excel – Orta, MS Power Point – Orta, SQL - Orta Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.