Seçim və yerləşdirmə bölməsinin rəhbəri - Bank of Baku

Location: Bakı

Vəzifə funksiyaları I. Strateji idarəetmə və planlaşdırma Bankın illik/rüblük işəgötürmə strategiyasını hazırlayır, biznes məqsədləri ilə uzlaşdırır; Əsas KPI-ları (İşə qəbul müddəti, İşə qəbulun keyfiyyəti, sınaq müddətini keçmə faizi, Erkən işdən çıxma faizi) müəyyən edir və icrasına məsuliyyət daşıyır; İşəgötürmə kanallarının effektivliyini analiz edir, büdcə bölgüsünü optimallaşdırır; Kadr Rezervi bazasının formalaşdırılması üzrə strategiya hazırlayır. II. Komanda idarəetməsi Şöbə əməkdaşlarının iş bölgüsünü və fərdi KPI-larını müəyyən edir, icrasını qiymətləndirir; Daxili prosedur və təlimatları hazırlayır/təkmilləşdirir; Adaptasiya proqramının effektivliyini ölçür və nəticələr əsasında düzəlişlər edir. III. Proses və nəticələrin idarə edilməsi Vakansiyaların icra sürəti və keyfiyyətinə monitorinq aparır, gecikmələri bölmə rəhbərləri ilə əlaqələndirir; işə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləyir, darboğazlar üçün təkliflər verir; Namizəd təcrübəsi sorğularını təşkil edir və nəticələrə uyğun düzəlişlər edir; Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və Employer Branding tədbirlərini illik qiymətləndirir. IV. Hesabatlıq və nəzarət Rəhbərliyə rüblük/illik analitik hesabat təqdim edir; CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət edir; Tələb blanklarının vaxtında icrasına və sənədləşmənin qanunvericiliyə uyğunluğuna nəzarət edir; Daxili audit zamanı tələb olunan məlumatların təqdimatını təmin edir. Vəzifəyə dair tələblər İşə qəbul üzrə 5 il və daha çox iş təcrübəsinin olması  Sahəsi üzrə rəhbər vəzifədə 1-3 il iş təcrübəsinin olması  MS Excel - Yüksək Əmək məcəlləsi və bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi, işçi seçiminin planlaşdırılması, kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədlərlə tanış olması; Azərbaycan, Rus və İngilis dili biliklərinin yüksək səviyyədə olması.  Yumşaq bacarıqlar: Nəticəyönümlülük, Detallara diqqət,İşi tətbiq etmə, Danışıq aparma, Planlama və təşkiletmə, Təşkilatı anlama, Qətiyyətlilik   Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.