Təhlükəsizlik idarəetməsi və uyğunluq şöbəsinin eksperti - Bank of Baku

Location: Bakı

Vəzifə öhdəlikləri: Bank üzrə informasiya təhlükəsizliyi idarəetmə sisteminin (ISMS) inkişafında iştirak etmək; İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları, standartları və təlimatlarını hazırlamaq və yeniləmək; İnformasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirmək; Risk reyestrinin (Risk Register) idarə olunması və risklərin mitigasiya planlarının izlənilməsi; Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin hazırlanması və audit proseslərinin koordinasiyası; Mərkəzi Bankın, beynəlxalq standartların və daxili normativ sənədlərin tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək; PCI DSS, SWIFT CSP, ISO 27001 və digər uyğunluq proqramlarının idarə edilməsində iştirak etmək; Təchizatçı və üçüncü tərəf risk qiymətləndirmələrinin aparılması; İnformasiya aktivlərinin inventarlaşdırılması və klassifikasiyası proseslərinə nəzarət; İT və biznes bölmələri ilə birgə təhlükəsizlik tələblərinin tətbiqinə nəzarət; Rəhbərlik üçün risk və uyğunluq hesabatlarının hazırlanması; İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə fəaliyyətlərində iştirak etmək.. Tələblər: Ali təhsil – (İT və əlaqəli sahələr) Sahə üzrə iş təcrübəsi -2 il Dil biliyi: Azərbaycan - Yüksək Kompüter biliyi Windows OS - Yüksək Linux OS - Orta Network basics - Orta Digər şərtlər İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil. İş təcrübəsi İnformasiya Təhlükəsizliyi və ya GRC sahəsində minimum 2-3 il iş təcrübəsi; Bank, maliyyə və ya yüksək tənzimlənən sektorda iş təcrübəsi üstünlükdür; Audit və uyğunluq layihələrində iştirak təcrübəsi. Texniki biliklər Namizəd aşağıdakı sahələrin əksəriyyətini bilməlidir: ISO 27001 və ISMS; NIST CSF və NIST 800 seriyası; PCI DSS; SWIFT CSP; Risk Management Framework-lər; Vendor Risk Management; Information Classification; Access Management və Segregation of Duties (SoD); Secure SDLC və Threat Modeling üzrə baza biliklər; Vulnerability Management prosesləri; Business Continuity və Disaster Recovery prinsipləri; Mərkəzi Bankın informasiya təhlükəsizliyi üzrə normativ tələbləri. Sertifikatlar (üstünlükdür) CISA CRISC ISO 27001 Lead Implementer ISO 27001 Lead Auditor PCI Professional Şəxsi keyfiyyətlər Analitik düşünmə qabiliyyəti; Risk əsaslı yanaşma; Güclü sənədləşdirmə bacarığı; Audit və sorğular zamanı effektiv ünsiyyət; Rəhbərlik qarşısında təqdimat etmə bacarığı; Müstəqil qərarvermə və təşəbbüskarlıq. Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.