Yüklənir...
Location: Baki
Təsvir Onlayn qaydada sifariş edilmiş pərakəndə bank məhsullarının çatdırılması məqsədilə müştəri ilə əlaqə saxlayır, çatdırılma vaxtını və ünvanı təyin edir; Müştəriyə çatdırılma məqsədilə müvafiq sənədləri pərakəndə bankçılıq üzrə əməkdaşdan, sifariş edilən kartları isə kassadan təhvil alır; Sifarişləri müştəriyə vaxtında və qeyd edilən ünvana çatdırır, sənədləri imzalatdırır, eyniləşdirmə məqsədilə müştərinin şəxsiyyət vəsiqəsi ilə birlikdə şəkilini çəkir; İmzalanan sənədləri banka geri təhvil verir, çəkilən şəkilləri isə Pərakəndə Satışlar departamentinin Onlayn satış kanalları ilə iş şöbəsinin əməkdaşlarına göndərir. Tələblər Bakı şəhəri ərazisini yaxşı tanımalı; Azərbaycan dili əla; Yüksək səviyyədə ünsiyyət qabiliyyəti olmalı; Cəld, dəqiq və məsuliyyətli olmalı. Vakansiya haqqında Vakansiya növü Tam ştat Təcrübə 1 ilədək Vəzifə dərəcəsi Mütəxəssis Təhsil Bakalavr Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.