Location: Bakı
İngilis dili tədrisi sahəsində fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi komandamıza peşəkar, motivasiyalı və məsuliyyətli General English Müəllimi dəvət edir. Kvalifikasiya tələbləri İngilis dili müəllimliyi, Tərcümə və ya digər müvafiq ingilisdilli ixtisas üzrə ali təhsil; IELTS minimum 7.0 (C1 səviyyəsi) sertifikatı; General English üzrə minimum 1–2 il tədris təcrübəsi; CELTA, TEFL, TESOL və ya TKT sertifikatlarından hər hansı birinə sahib olmaq üstünlükdür; A1–B2 səviyyələri üzrə qrup və fərdi dərslərin tədrisi bacarığı; Güclü ünsiyyət, təqdimat və sinif idarəetmə bacarıqları; Məsuliyyətli, nəticəyönümlü və komandada səmərəli işləmək bacarığı; Rus dili biliyi üstünlük hesab olunur. Vəzifə öhdəlikləri A1–B2 səviyyələri üzrə dərslərin tədris proqramına uyğun şəkildə tədris edilməsi; Dərs planlarının hazırlanması və effektiv tədris metodlarının tətbiqi; Tələbələrin akademik inkişafının mütəmadi izlənilməsi və qiymətləndirilməsi; Dərs prosesinə dair hesabatların hazırlanması və tələbə davamiyyətinin nəzarətdə saxlanılması; Tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində müəssisənin daxili standartlarına riayət edilməsi. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Əməkhaqqı: 800 AZN-dən başlayaraq + bonus sistemi (namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir); İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə); İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti 690 (Koroğlu metro stansiyasının yaxınlığı). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini "General English Müəllimi" başlığı ilə aşağıdakı əlaqə vasitəsinə göndərmələri xahiş olunur. Əlaqə / WhatsApp: 051 426-25-92 Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.