Location: Bakı şəhəri,
Təsvir Anbar sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək; 1C və WMS məlumatları arasında yaranan uyğunsuzluqları qeydiyyata almaq və nəzarətdə saxlamaq; Qüsurlu mallar anbarı üzrə analitika aparmaq, hesabatlar hazırlamaq; Qüsurlu malların anbara köçürülməsinə nəzarət etmək (təsdiqlənmiş akt olmadan köçürmə aparılmır); Uçot sistemində məlumatların tamlığını və düzgünlüyünü təmin etmək; Qalıqlar, yerdəyişmələr, geri qaytarmalar və qüsurlu mallar anbarı üzrə mütəmadi hesabatlar hazırlamaq; Uçot məlumatlarının qorunması və icazəsiz girişin qarşısının almaq; məlumatları tələb etmək; Uçot və sənəd dövriyyəsinin optimallaşdırılması ilə bağlı təkliflər vermək; Anbar proseslərində iştirak edən əməkdaşlardan müəyyən olunmuş qaydalara riayət olunmasını tələb etmək; Pərakəndə (Retail) anbar üzrə həftəlik analiz aparmaq, 1 aydan çox hərəkətsiz olan malları müəyyən etmək və onların növbəti hərəkəti üzrə təkliflər hazırlamaq; İntegrasiya vasitəsilə yaradılmış yerdəyişmə sənədləri ilə işləmək: onları 1C sistemində təsdiqləmək və həyata keçirmək. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook); Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük; Obyektiv düşünmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.